Emil Balayev mövsümün ən yaxşı "3-lüy"ündə

Qazaxıstan Premyer Liqasında yenicə başa çatan mövsümün ən yaxşıları açıqlanıb. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, kapitanlar və baş məşqçilər arasında aparılan səsvermənin yekununda hər mövqenin ən yaxşı "3-lüy"ü müəyyənləşib.

"Tobol"un şərəfini qoruyan Azərbaycan millisinin qapıçısı Emil Balayev də siyahıya düşə bilib. Belə ki, o, mövsümün ən yaxşı 3-cü qapıçısı seçilib. Səsvermədə həmyerlimizi Nenad Eriç və Dmitri Nepoqodov qabaqlayıb.

Qeyde dək ki, "Tobol" mövsümü 4-cü pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right