“Neftçi” tarixinin 6-cı qapıçısı

Azərbaycan Premyer Liqasının XI turu “Neftçi”nin qapıçısı Səlahət Ağayev üçün yubileylə əlamətdar olub. Newsport.az xəbər verir ki, qolkiper Bakı klubunun heyətində 50-ci çempionat oyununu keçirib.

“Keşlə” ilə görüşdə 1:2 hesabı ilə uduzan “ağ-qaralar”ın qapıçısı bu matçlarda 46 top buraxıb. O, 2017/18 mövsümündə 11 (-11), ötən çempionatda 28 (-26), cari turnirdə 11 (-9) qarşılaşmada iştirak edib.

Səlahət Azərbaycan çempionatları tarixində “Neftçi”də 50 və daha çox oyun keçirən 6-cı qapıçıdı. Ağayev bu göstəricidə Elxan Həsənov (135), Saşa Stamenkoviç (98), Vladimir Miçoviç (92), Cahangir Həsənzadə (82) və Hüseyn Məhəmmədovdan (51) geri qalır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right