Fərid Nəbiyev Çexiyada növbəti qolunu vurdu

U-21 millisinin futbolçusu Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya"nın B komandası Çexiya Gənclər Liqasının 14-cü turunda "Viktoiya"nın qonağı olub.

 

Newsport.az xəbər verir ki, qarşılaşma Plzen klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

90 dəqiqə oynayan Fərid uduzduqları matçın 32-ci dəqiqəsində fərqlənib. Nəbiyev bu mövsüm vurduğu qolların sayını 6-ya çatdırıb.

 

“Slaviya” 14 turdan sonra 21 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right