Azərbaycan millisi üzərində qələbəyə 50 min avro mükafat

Slovakiya Futbol Assosiasiyası AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla oyunlar üçün mükafat qoyub.

 

Newsport.az xəbər verir ki, assosiasiyanın prezidenti Yan Kovaçik Xorvatiyaya qalib gələcəkləri təqdirdə, futbolçulara 200 min avro mükafat veriləcəyini deyib. Pavel Hapalın kollektivi Azərbaycana qalib gəlsə, daha 50 min avro mükafat qazanacaq.

 

Sona 2 tur qalmış 10 xalla qrupda 3-cü pillədə qərarlaşan Slovakiya lider Xorvatiyadan 4, Macarıstandan isə 2 xal geri qalır.

 

Slovakiya noyabrın 19-u Azərbaycan yığmasını qəbul edəcək  Bakıda keçirilən ilk qarşılaşmada Azərbaycan millisi bu rəqibə 1:5 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right