Maqaye Qeye qol vurdu, Qurban Qurbanovla görüşdü

Azərbaycan Premyer Liqasının 11-ci turunda "Qarabağ" "Zirə"ni qəbul edir.

Newsport.az-ın məlumatına görə, oyunun 5-ci dəqiqəsində Ağdam təmsilçisi Maqaye Qeyenin gözəl qolu ilə hesabı açıb. Seneqal əsilli fransalı forvard qoldan sonra komandanın texniki zonası tərəfə qaçıb. 29 yaşlı hücumçu komandanın baş məşqçisi Qurban Qurbanovun əlini sıxıb və onu qucaqlayıb.

Avropa Liqasında APOEL-lə oyunda zəif təsir bağışlayan forvard tənqid hədəfində idi. Həmin oyunda meydana sonradan daxil olan Qeye matçın sonlarında əvəzlənmişdi.

 

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah