“Keşlə” - “Neftçi” oyununda dava düşdü - Məşqçilər bir-birinə hücum çəkdi

Azərbaycan Premyer Liqasının 11-ci turunda keçirilən “Keşlə” - “Neftçi” oyununda ara qarışıb.

Newsport.az-ın məlumatına görə, matçın 86-cı dəqiqəsində qonaqların kapitanı Emin Mahmudov rəqib oyunçu Con Kamaraya qarşı kobud oynayıb.

“Keşlə”nin futbolçusu Vüsal İsgəndərli rəqib oyunçulara kobudluğa görə hücum çəkib. Daha sonra məşqçilər arasında qalmaqal yaşanıb. Tərlan Əhmədovla “Neftçi”nin köməkçisi məşqçisi Fizuli Məmmədov bir-birinin üzərinə gedib. Daha sonra futbolçulara araya girərək məşçiləri sakitləşdirib.


 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right