Elmar Baxşıyev: "Daha fərqli "Qəbələ" görəcəksiz"

Azərbaycan Premyer Liqasının XI turunun “Qəbələ” – “Səbail” oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis qələbəni şərh edib:

“Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edirəm. Azarkeşlərimizi bu bayrama görə sevindirmək istəyirdik. Komanda əlindən gələni etdi və qələbə qazandı. Gənc komanda üçün qələbə qazanmaq çox sevindiricidir. Komandamızda yetərincə gənc oyunçular var ki, bu qələbə onlar üçün əlavə motivasiyadır. İbrahima Niassenin komandaya qoşulmağını mən xahiş eləmişdim. O, artırmağa qadirdir. Onun təcrübəsi bizə çox lazım olacaq. Məğlub olduqdan sonra da bu komandaya inanırıq. Komandanın potensialını görürük, bundan artığına layiqdir. Sonadək üzərimizə düşənə edəcəyik ki, daha yuxarı mövqelərə yaxınlaşacaq. Məqsəd oyun keyfiyyətlərini artırmaq və gənclərin təcrübə toplamasıdır. Davit Volkov zədələndiyi üçün özü əvəzlənməsini istədi. Bu, mikrozədədir. “Sabah”la oyunda daha yaxşı oynasaq da, qol imkanlarından yararlanmadıq. Komandamızda çox gənc futbolçular var, təcrübə baxımından geri qalırıq. Bunu istək və əzmkarlıqla kompensasiya edirik. Daha fərqli komanda görəcəksiz, məzmunlu və baxımlı futbol göstərəcəyik. Bu epizodları yaratmaq da müsbət məqamdır və sevindiricidir. Bu imkanlardan yararlanmağın üzərində işləyib, istifadə ilə bağlı çatışmazlığı aradan qaldıracağıq”.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah