“Qarabağ”da ciddi itki

“Qarabağ”ın Avropa Liqasının 4-cü turunda səfərdə APOEL-lə qarşılaşdıqları oyunda (1:2) zədələnən futbolçular Dani Kintana və Miçelin durumu müəyyənləşib.
 
Newsport.az-ın xəbərinə görə, Kipr təmsilçisi ilə matçın 16-ci dəqiqəsində zədələnərək meydanı tərk edən Kintana 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Oyunun 83-cü dəqiqəsində zədə səbəbindən meydanı tərk edən Miçelin isə durumu ciddi deyil.
 
Qeyd edək ki, hər iki futbolçunun əzələsi dartılıb.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right