Plaxitelis Vouros: "Mərhələ keçmək üçün önəmli addım atdıq"

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gələn Kiprin APOEL klubunun müdafiəçisi Plaxitelis Vouros matçdan sonra açıqlama verib.

 

Newsport.az xəbər verir ki, 24 yaşlı yunan müdafiəçi zəfəri şərh edib:

 

"Qələbə bu şəkildə əldə ediləndə çılğın şəkildə qeyd edirsən. Mərhələni keçmək üçün önəmli addım atdıq. İkinci hissədə bu formanın dəyərini, bağlılığını və ağırlığını göstərdik. Bütün futbolçular oyunu çevirmək üçün vuruşdu. Rəqib də meydanda oynayır, təkcə biz yox. Birinci hissədə bizdə gərginlik var idi. Üstəlik, azarkeşlər də narazı idi. Erkən qol buraxmaq pis təsir etdi. İkinci hissədə əsl gücümüzü ortaya qoyduq və böyük qələbə qazandıq".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah