Vid Belets: "Bütün komanda yaxşı iş gördü"

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gələn Kiprin APOEL klubunun qapıçısı Vid Belets matçdan sonra açıqlama verib.

 

Newsport.az xəbər verir ki, 29 yaşlı sloveniyalı qolkiper qələbəni şərh edib:

 

"Bizim üçün önəmli oyun idi. Bütün komanda həqiqətən də yaxşı iş gördü və qazandığımız nəticədən məmnunuq. "Düdelanj"la səfər oyununu dörd gözlə gözləyirik. Lüksemburqa qələbə üçün yollanmalıyıq. İndi isə daxili çempionatdakı oyunu düşünməliyik. Addım-addım irəli getməli və bacarığımızı meydanda qoymalıyıq".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right