Musa Əl-Tamari: "Çətin oldu, amma bacardıq"

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gələn Kiprin APOEL klubunun hücumçusu Musa Əl-Tamari matçdan sonra açıqlama verib.

 

Newsport.az xəbər verir ki, iordaniyalı futbolçu zəfəri şərh edib:

 

"Şükür Allaha, bizim üçün çox yaxşı qələbə oldu. Bu oyun bitdi və növbəti qarşılaşmaları düşünməliyik. Çox ağır oyun idi, çətin oldu, amma bacardıq. Hər şey komandadan asılıdır. Bir-birimizə lazım olan nəticə üçün yardım edirik. Önəmli olan 3 xaldır. 1/16 finala yüksəlmək üçün daha çox çalışmalıyıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right