"Qarabağ" əla komandadır, liqamızda oynasa, çempion ola bilər"

"APOEL-in siyahısı genişdir. Amma komanda oyun ritmini tapmaqda çətinlik çəkir. Rəhbərlik çox yaxşı iş görüb. Komanda bu axşam yaxşı nəticə qazanmalıdır".
 
Newsport.az xəbər verir ki, bu sözləri APOEL-in sabiq hücumçusu Kostas Fasliotis Kipr mətbuatına açıqlamasında deyib. Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ"la oyun öncəsi fikirlərini bölüşən veteran futbolçu keçmiş komandasına inandığını bildirib:
 
"APOEL-in qalib gəlməsi üçün yaxşı şansı var. Oyunçulara çox inanıram. Ancaq bu oyun digərləri kimi olmayacaq. Futbolçular bunu başa düşməlidirlər. "Qarabağ" əla komandadır, Kiprdə çempion ola bilər. Bu gün 2:1 hesablı qələbə qazanacağımızı proqnozlaşdırıram".




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right