"Qarabağ"la oyunda APOEL-i divanda uzanıb dəstəkləmək yolverilməzdir"

"Biz bu oyunu udmalıyıq. Bu, təkcə maliyyə deyil, həm də APOEL-in Avropadakı nüfuzu baxımından önəmlidir".

Newsport.az xəbər verir ki, bu sözləri APOEL-in veteran futbolçusu Petrakis Çatsitomas Kipr mətbuatına açıqlamasında deyib. Avropa Liqasının qrup mərhələsinin IV turunda bu gün "Qarabağ"la keçiriləcək oyunöncəsi fikirlərini bölüşən mütəxəssis azarkeşləri tribunaya səsləyib:

"Bu axşam futbolçularımız tam sakit oynamalıdır. Azarkeşləri stadiona gəlməyi və komanda ilə birlikdə olmağa dəvət edirəm. Belə bir oyunda APOEL-i evdə divanda uzanıb dəstəkləmək yolverilməzdir".

Çatsitomas APOEL-in baş məşqçisi Tomas Dolla məsləhət də verib: "Baş məşqçimiz komandanı meydana ağıllı taktika ilə çıxarmalı və Tamariyə hücum xəttində tam sərbəstlik verməlidir. Bu, bizim qələbə şansımızı artıra bilər. Yaxşı futbolçularımız çoxdur, amma balanslı oynamalıyıq. Bu gün istənilən hesabla qalib gəlməliyik. Bunun üçün isə böyük zəhmət tələb olunur".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right