Byelsa narahatdı: Azərbaycanla oyunda meydana çıxmasın

"Lids"in yarımmüdafiəçisi Tayler Robertsin AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla keçiriləcək oyunlar üçün Uels yığmasına çağırılması klubda narahatlığa yol açıb.

Newsport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, həm məşqçilər korpusu, həm də azarkeşlər 20 yaşlı futbolçunun yenidən zədələnməsindən qorxurlar.

Məsələ burasındadı ki, mövsümə zədəli vəziyyətdə başlayan Roberts sağaldıqdan sonra əla performans ortaya qoyub və qısa müddətdə komandanın liderinə çevrilib. Yaxşı formada olduğu bir vaxtda yığmaya çağırılması isə baş məşqçi Marselo Byelsanı qayğılandırır.

Argentinalı mütəxəssis yetirməsinin yenidən zədələnmə riskinin olduğunu nəzərə alaraq, onun millidə meydana çıxmamasını arzulayır. Həmçinin "Lids" azarkeşləri də narazılıqlarını sosial şəbəkə vasitəsilə dilə gətiriblər.

Qeyd edək ki, noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right