"Sabah"ın "Qəbələ" ilə oyunda ən yaxşısı açıqlandı

Premyer Liqanın 10-cu turunda səfərdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gələn "Sabah"ın heyətində oyunun ən yaxşı futbolçusu Cavid İmamverdiyev seçilib.

 

Newsport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Instat"ın təhlilinə əsasən, 291 xal toplayıb. Cavidin oyundakı göstəriciləri:

 

Taktiki-texniki hərəkətlər: 96/76 (79 faiz dəqiqlik)

Zərbələrər/çərçivəyə: 5/2 (40 faiz dəqiqlik)

Ötürmə/dəqiq: 54/46 (85 faiz dəqiqlik)

Qol: 1

Qət etdiyi məsafə: 12 km 302 m.

Orta sürət: 7,49

 

Cavid Premyer Liqanda turun simvolik heyətinə daxil edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right