"Qarabağ"ın rəqibi 0:3-ü şərəfli hesab sayır

"Avropa Liqasında heç nə üçün borclu deyilik. Bundan artığını gözləmək doğru olmaz".

Newsport.az saytının məlumatına görə, bunu "Düdelanj"ın baş məşqçisi Bertran Krasson deyib.

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan Lüksemburq təmsilçisi bu gün IV tur çərçivəsində "Sevilya"nı qəbul edəcək.

Oyunöncəsi fikirlərini bildirən Krasson qrupdan çıxmaq şanslarının az olduğunu etiraf edib. O, III turda İspaniyadakı 0:3 hesablı məğlubiyyətə də münasibət bildirib: "Avropa nəhənglərindən olan "Sevilya" ilə qarşılaşacağıq. Oyunçularımı həvəsləndirməyə, məsələnin vacibliyini, çox insanın bizi izləyəcəyini söylədim. Sevilyadakı qarşılaşmada öz gücümüzü sınadıq. Fikrimcə, matçdan şərəfli hesabla ayrıldıq. Məğlubiyyətdən sonra təbrik almaq adi hal deyil. Amma Lüksemburqda belə şeylər baş verir. Futbolçularımın üzərinə əlavə yükün qoyulmasını istəmirəm. Etiraf edək ki, bizim növbəti mərhələ şansımız yüksək deyil. Qrup matçlarından həzz almağa çalışırıq. Təbii ki, futbolda da mümkünsüz heç nə yoxdu".

Qeyd edək ki, "Düdelanj" aktivindəki 3 xalla qrupda 3-cü pillədə qərarlaşır.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah