"Sabah" dünya çempionatında qol vurmuş hücumçu ilə maraqlanır

Cənubi Afrika Respublikası (CAR) yığmasının sabiq futbolçusu Sipive Çabalala karyerasını Azərbaycanda davam etdirə bilər. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 35 yaşlı hücumçu Premyer Liqadan təklif alıb.

Onun xidmətində maraqlı olan komandalar arasında "Sabah" da var. Bildirilir ki, Çabalalanın “Kayzer Çifs”də komanda yoldaşı olan Hendrik Ekşteynin hazırda formasını geyindiyi paytaxt təmsilçisi veteran oyunçu ilə danışıq aparıb.

Bu ilin yayında "Ərzurumspor"dan ayrılan və həmin vaxtdan bəri klubsuz olan oyunçu karyerasını bitirməyə tələsmir. Bir neçə klubla danışıq aparan forvardın 2 illik müqavilə tələbi onun xidmətində maraqlı olan komandalarla anlaşmasına mane olan yeganə məqamdı.

Qeyd edək ki, Sipive Çabalala 2010-cu ildə CAR-da keçirilən dünya çempionatının Meksika ilə açılış oyununda ilk qolun müəllifi kimi tarixə düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right