"Qarabağ"ın qovdurduğu məşqçiyə erməni marağı

APOEL-in sabiq baş məşqçisi Paolo Trametsaninin işsiz günləri başa çatır. Newsport.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, italiyalı mütəxəssis milli komandanı çalışdıra bilər.

Belə ki, bu mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a öz meydanında 1:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilən 49 yaşlı mütəxəssisin Ermənistan yığmasının "sükanı arxası"na keçməsi gözlənilir. O, ötən ay istefa verən Armen Gyulbudaqyantsı əvəz edə bilər.

Qeyd edək ki, "Qarabağ"la Kiprdəki matçdan sonra baş məşqçi postuna Tomas Dollu gətirən APOEL cavab görüşündə Bakıda 2:0 hesabı ilə qələbə qazanaraq, pley-offa adlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right