"Qarabağ"ın maraqlandığı futbolçu açıqladı: Ayrılıram

Mövsümlərarası fasilədə "Qarabağ"ın heyətinə qatmağa çalışdığı "Sent-Mirren"in qapıçısı Vaçlav Qladki fikrini dəyişib. Newsport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, həmin vaxt komandada qalmağı üstün tutan çexiyalı qolkiper artıq ayrılmağı qərara alıb.

"Qarabağ"ın 200 min funt-sterlinqlik təklifini qəbul etməyən 29 yaşlı dəri əlcək sahibi ən böyük arzusunun İngiltərə Premyer Liqası olduğunu vurğulayıb: "Reyncers" mənimlə maraqlanır və bu yöndə danışıqlar gedir. Ancaq İngiltərədə oynamaq ən böyük xəyalımdı. Təbii ki, "Sent-Mirren"dən birbaşa Premyer Liqanın top-klubuna keçəcəyimi düşünəcək qədər dəli deyiləm. Şotlandiyanın daha böyük klubunda çıxış edib, daha sonra İngiltərəyə yollana bilərəm. Bu üzdən mövsümün sonunda "Sent-Mirren"dən ayrılacam".

Qeyd edək ki, Vaçlav Qladki "Sent-Mirren"ə bu ilin əvvəlində "Slovan"dan keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right