"APOEL-in qalib gəlməməsi intihar olar" - nikosiyalı məşqçi

"Son 5 ilin ən gərgin çempionatını izləyirik. Bu mənada APOEL-in Avropa Liqasında uğurlu çıxışı çox vacibdi".

Newsport.az saytının məlumatına görə, bunu APOEL-in sabiq futbolçusu Kostas Malekkos deyib.

48 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında keçmiş komandasının Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirəcəyi oyuna münasibət bildirib. Son olaraq ötən il ölkəsində "Olimpiakos"u çalışdıran nikosiyalı məşqçi qalibiyyətin vacib olduğunu vurğulayıb: "Qarabağ"la matçda APOEL-i bütün Kipr dəstəkləməlidi. Çünki bu oyun Kiprin Çempionlar Liqasında iki komanda ilə təmsil olunmasına yol aça bilər. APOEL-in Azərbaycanda xal qazandıqdan sonra evdə qalib gəlməməsi intihar olar. "Qarabağ"la oyun təmiz düşüncə və sakit şəkildə qiymətləndiriləcək".

Qeyd edək ki, sabah "GSP Arena"da keçiriləcək APOEL - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə 21:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right