"Qarabağ" haqda eşidəndə bir dəqiqə də düşünmədim" ukraynalı hücumçu

"Karpatı"nın hücumçusu Yaroslav Deda klubun rəsmi saytına müsahibəsində maraqlı fikirlər səsləndirib. Newsport.az saytı xəbər verir ki, 20 yaşlı forvard Azərbaycanda olduğu dönəmi xatırlayıb.

2017-ci ilin yayında "Volın"dan "Qarabağ"a keçən və Ağdam təmsilçisinin U-19 komandasında çıxış edən Deda həmin vaxt Azərbaycan vətəndaşlığını almaq təklifini qəbul etmədiyini söyləyib.

Ukraynanın U-17 yığmasının sabiq üzvü yalnız öz ölkəsində çıxış etmək arzusunda olduğunu dilə gətirib: "Bu səfər mənə çox şey verdi. "Qarabağ" haqda eşidəndə bir dəqiqə belə düşünmədim - Çempionlar Liqasında oynamaq ümidi var. Azərbaycanda mentalitet bizimkindən fərqlidi. Ancaq ilk günlərdən bu baxımdan problem yaşamadım. İki ay ərzində uyğunlaşdım və özümü evdəki kimi hiss etdim. 2017-ci ilin noyabrında mənə vətəndaşlığımı dəyişmək təklif edildi. Evə getdim, valideynlərimlə məsləhətləşdikdən sonra imtina etdim. Mən ukraynalıyam, yalnız Ukrayna millisində oynamaq istəyirəm".

Qeyd edək ki, "Qarabağ"da bir mövsüm keçirən Yaroslav Deda bu ilin əvvəlindən "Karpatı"nın formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right