"Azərbaycanla görüşdə hər şey edəcəyik” Pavel Hapal

“Qapıçı Kozaçik məni zədəsi ilə bağlı məlumatlandırdı. O, sağlam olsaydı, heyətdən kənarda qalmazdı”.

Newsport.az xəbər verir ki, bu sözləri Avro-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal yerli mətbuata açıqlamasında deyib.

Xorvatiya ilə qarşıdan gələn oyunla bağlı danışan çexiyalı mütəxəssis noyabrın 19-da yığmamızla keçiriləcək görüşün həlledici olduğunu bildirib: "Domaqoy Vida və Deyan Lovren oynamasa, Xorvatiya çətinliklə üzləşəcək. Amma yəqin ki, bizimlə oyun üçün ehtiyat variantları da var. Xorvatiyadakı qarşılaşma bizim üçün çox vacibdir. Bu oyundan çox şey asılıdır. Lakin hər şey son turda həll olunacaq. Hər iki vəsiqənin taleyinin son matçlara qalması da istisna deyil. Biz hər iki görüşdə qalib gəlməklə 1-ci olmaq istəyirik. Şadam ki, azarkeşlərimiz sonadək bu mübarizəyə şahid olacaqlar. Onların ümidlərini doğrultmaq üçün Xorvatiya və Azərbaycanla görüşlərdə hər şey edəcəyik. Bunun üçün ilk iki yerdən birini tutmalıyıq”.

Qeyd edək ki, Slovakiya – Azərbaycan oyunu noyabrın 19-da Trnavada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right