"Nə olur, olsun, “Qarabağ”ın APOEL-i udacağına əminəm"

"Qarabağ"ın sabiq qapıçısı Boyan Şaranov Ağdam klubunun Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-lə keçiriləcək səfər oyunu ilə bağlı danışıb.
 
Newsport.az Kipr mətbuatına istinadən xəbər verir ki, serbiyalı qolkiper "Qarabağ"ı cütün favoriti hesab etdiyini deyib: “Qarabağ”ın APOEL-lə ev oyununu izlədim. Qələbə qazana bilərdilər, ancaq oyun istədikləri kimi alınmadı. Nə olur, olsun, “Qarabağ”ın qələbə qazanacağından əminəm. APOEL-lə səfərdə oynamaq çətin olsa da,  “Qarabağ” orda yaxşı nəticə əldə edəcək”.
 
Hazırda karyerasını Türkiyə 1-ci liqasında mübarizə aparan “Fatih Karagümrük”də davam etdirən Boyan Şaranov 2016/17 mövsümündə “Qarabağ”da çıxış edib.
 
Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right