Orxan Hüseynzadə Rusiya - Latviya matçına təyinat aldı

“Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan yeni təyinat alıb.

Newsport.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə oyununda iş başında olacaq.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, noyabrın 15-də Rostov şəhərindəki “Rostov Arena”da keçiriləcək Rusiya – Latviya qarşılaşmasının UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right