Ayaz Quliyevli “Spartak” “Arsenal”a uduzdu

Futbol üzrə Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilib. 

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Tula “Arsenal”ı ilə üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Ayaz da bu görüşün iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb.

“Spartak” 15 turdan sonra 18 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right