“Qarabağ”da zədəlilərin son durumu: Filip Ozobiç məşqlərə başladı

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Kiprdə APOEL-in qonağı olacaq “Qarabağ”da zədəli futbolçuların son durumu müəyyənləşib.

 

Newsport.az xəbər verir ki, Mahir Emreli və Filip Ozobiç bu qarşılaşmanl buraxmalı olacaq. Yayda zədələnən Ozobiç fərdi məşqlərə başlayıb. O, kollektiv məşqlərdən bir müddət kənar qalacaq.

 

Xayme Romero, Faysal Rerras, Abbas Hüseynov və Simeon Slavçev APOEL-lə oyuna hazırdır.

 

APOEL – “Qarabağ” oyunu noyabrın 7-si Bakı vaxtı ilə 21:55-də Nikosiyada yerləşən GSP stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right