Doll və Qurbanovun mətbuat konfransının vaxtı bilindi

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək APOEL - "Qarabağ" oyunu öncəsi son məşq və mətbuat konfranslarının vaxtı müəyyənləşib. Newsport.az saytının APOEL-in tvitter səhifəsinə istinadən məlumatına görə, noyabrın 6-da hər iki komandanın çalışdırıcısı media önünə çıxacaq.

Əvvəlcə Bakı vaxtı ilə 19:00-da APOEL-in baş məşqçisi Tomas Doll GSP stadionunun mətbuat zalında sualları cavablandıracaq. Bundan bir saat sonra nikosiyalılar qarşılaşma öncəsi son məşqə çıxacaq.

21:15-də Qurban Qurbanovun 15 dəqiqəlik mətbuat konfransı nəzərdə tutulub. 21:30-da isə Azərbaycan çempionu son məşq üçün meydana daxil olacaq. Hər iki komandanın məşqinin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

Qeyd edək ki, noyabrın 7-də GSP stadionunda keçiriləcək APOEL - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə 21:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right