APOEL-dən azarkeşlərə çağırış: Azərbaycan nümunəsi...

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edəcək APOEL klubu azarkeşlərə çağırış edib. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, kiprlilər həlledici görüşdə dəstəyə ehtiyac duyduqlarını bəyan edib.

Bildirilir ki, rəhbərlik tribunaların ağzına qədər dolması üçün hər cür şərait yaradır, həmçinin məşqçi və futbolçu heyəti azarkeşləri məmnun yola salmaq üçün əlindən gələni edəcək.

Hətta ötən turda Bakıdakı qarşılaşmada azərbaycanlıların arenanı doldurmaları da nümunə kimi göstərilib: "Çempionlar Liqasının pley-offunda "Qarabağ"la matçı cəmi 9481 azarkeş izləmişdi. Ancaq azərbaycanlılar APOEL-lə bu mövsüm hər iki ev oyununda 30 min azarkeşin dəstəyi ilə çıxış etdilər. Görəsən, indi "GSP Arena"ya neçə nəfər gələcək? Bu böyük oyunda komandanın güclü azarkeş dəstəyinə ehtiyacı var. Rəhbərlik böyük Avropa gecələrini xatırladan "GSP Arena"nı yenidən dirçəltmək üçün azarkeşlərin bu möhtəşəm matçda iştirak etmələrini xahiş edir".

Qeyd edək ki, APOEL - "Qarabağ" qarşılaşması noyabrın 7-də baş tutacaq. Oyunun keçiriləcəyi stadion 23 min azarkeş tutumuna malikdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right