Heç-heçələrin sayında 3-cü...

“Keşlə” Azərbaycan çempionatlarında 75-ci səfər heç-heçəsinə nail olub. Newsport.az xəbər verir ki, bu, Premyer Liqanın X turunun “Səbail”lə qarşılaşmasına təsadüf edib.

“ASCO Arena”da qeydə alınan qolsuz bərabərlik qonaqların rəqib meydanlarında 277-ci oyundakı 75-ci sülhü olub. Ümumiyyətlə isə, “Keşlə”nin hesabında 142 heç-heçə var.

Əvvəl “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən paytaxt klubu səfər heç-heçələrinin sayında 3-cü göstəriciyə malikdi. “Qarabağ” hamıdan çox – 101 dəfə rəqib meydanından 1 xalla ayrılıb. “Neftçi”nin hesabında 84 bərabərlik var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right