"Səbail"in futbolçusu Fransa ilə oyuna çağırıldı

"Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuk növbəti dəfə Moldova millisinə çağırılıb. Newsport.az xəbər verir ki, yeni baş məşqçi Engin Fıratın ilk siyahısında 26 yaşlı futbolçuya yer verilib.

Türkiyəli mütəxəssis AVRO-2020-nin seçmə mərhələsində Fransa və İslandiya ilə keçiriləcək son matçlara çağırılan legionerlərin adlarını açıqlayıb. O, Azərbaycan Premyer Liqasında çıxış edən moldovalılardan yalnız Koçuka dəvət göndərib.

Qeyd edək ki, noyabrın 14-də Fransanın qonağı olacaq Moldova yığması bundan 3 gün sonra İslandiyanı qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right