Elmar Baxşıyev: "Məğlubiyyətə layiq deyildik"

Azərbaycan Premyer Liqasının X turunun “Qəbələ” – “Sabah” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

“Komandanı çətin oyuna hazırlamışdıq. İki fərqli hissənin şahidi olduq. İlk yarıda komandamız daha dominant futbol oynadı. Fasilədən sonra boşluqlar verməyə başladıq. Epizodları dəyərləndirsək, komanda məğlubiyyətə layiq deyildi. Qol buraxandan sonra ardıcıl imkanlar yaradırdıq. Oyunçular hücumda istədiyimizi verirdilər. Buna görə əvəzetməni tez reallaşdırmağı lazım bilmədik. Əgər 5 metrdən boş qapıya düşə bilmirsənsə, burda ustalıqdan yox, şansdan danışmaq lazımdır. Bunu bəxtlə izah edərdim. Müdafiədə, bir az yarımmüdafiədə boşluqlar verib, rəqibə açıq futbol oynamaq imkanı yaratdıq. Bunun da nəticəsində çətinliklə üzləşdik. Komanda kimi təslim olmamışıq. Sonadək mübarizə aparacağıq. Bu komandanın xallar qazanmağa potensialı var. Hər rəqibə qarşı öz futbolunu nümayiş etdirməyə çalışır. Bir az gənc komandayıq, zamana ehtiyac var”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right