"Səbail"in "Keşlə" ilə oyunda sayılmayan təmiz qolu

Premyer Liqanın 10-cu turunun "Səbail" - "Keşlə" matçında (0:0) mübahisəli epizod baş verdi.

Newsport.az-ın məlumatına görə, meydan sahiblərinin müdafiəçisi Ürfan Abbasovun ikinci hissədə uzaq məsafədən vurduğu top komanda yoldaşına dəyib, qapıdan keçsə də, baş hakim Rəvan Həmzəzadə əl ilə oyun səbəbindən qolu qeydə almadı.

Epizodun təkrarına baxdıqda isə görünür ki, top "Səbail"li futbolçunun yox, "Keşlə"nin oyunçusunun ayağına dəyərək, istiqamətini dəyişib.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right