Donald Gerye: “Təmiz qol idi, ancaq hardansa ofsayd gördülər”

Azərbaycan Premyer Liqasının 10-cu turunda “Qarabağ”la 0:0 hesablı heç-heçə edən “Neftçi”nin futbolçusu Donald Gerye jurnalistlərə müsahibə verib:
 
Newsport.az-ın məlumatına görə, haitili yarımmüdafiəçi nəticəni qənaətbəxş hesab edib:
 
- Sona qədər savaşdıq. Bir xal qənaətbəxşdir.
 
- Bu gün “Neftçi” qlaib gəlsəydi, xal fərqini azaldacaqdı. Oyundan öncə belə düşünürdünüz, yoxsa bir xala razı çıxmışdınız?
- Heç-heçəni düşünmürdük. Heç bir komanda bərabərliyi istəməz. Bilirdik ki, Azərbaycanın ən yaxşı komandasına qarşı oynayacağıq. Bunu ağlımızda saxlayırdıq. Meydana vuruşmağa çıxmışdıq. Belə olan halda bir xal normaldır. Futbolda üç nəticə əldə etmək olar. Biz də heç-heçəyə nail olduq. Hər halda uduzmadıq.
 
- “Qarabağ”a qarşı oynamaq sənə xüsusi motivasiya verir?
- Bu oyun mənim üçün xüsusi idi. Başqa oyunlara necə köklənirdimsə, bu matça da elə yanaşmışam. Böyük fərq yox idi. Futbol mənim işimdir. Əlimdən gələni etməliyəm ki, komandama kömək edim.
 
- Oyunda gərgin anlar oldu. Son dəqiqələrdə Tural Axundovun yerdə qaldığı epizodda hakim penalti təyin etmədi. Həmin epizodlarla bağlı nə fikirlərin var?
- Turalın yerdə qaldığı epizodu şərh edə bilmərəm. Çünki bu, hakimin qərarıdır. Penalti verə də bilərdi, amma bu qərarı verdi. Mənim bu gün xoşuma gəlməyən Stiven-Jozef Monrozun epizodu oldu. O, təmiz qol vurdu, oyundakənar vəziyyətdən söhbət gedə bilməz, ancaq hardansa ofsayd gördülər.
 
- “Neftçi” mövsümə uğursuz başlasa da, son 5 oyunun 4-də qalib gəlib, 1-də heç-heçə edib. Komandada nə dəyişib?
- Startımız uğurlu deyildi. Xallar itirdik. Sonradan hər oyuna final kimi yanaşdıq. Buna motivasiya baxımından yanaşırdıq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right