"Çoxdandı belə mübarizəli oyun olmurdu" - Qurban Qurbanov

Azərbaycan Premyer Liqasında X turun “Neftçi” – “Qarabağ” (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görəo, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Çətin oyun oldu. Xeyli mübarizə gördük. Vacib qarşılaşma idi. 1 xal çox lazım idi. Rəqib çox istəkli oynadı. Bu da başadüşüləndi. Futbolçulardan razı qaldım. Sona kimi mübarizə apardılar. Çoxdandı belə mübarizəli oyun olmamışdı. Bu, komandamız üçün çox faydalı olacaq.

- İkinci hissədə üstünlük “Neftçi”də idi. Bu, ehtiyatlı oynamaq tapşırığınızla bağlı idi, yoxsa yoğrunluq oldu?
- Ehtiyat məsələsi deyildi. Son 10 gündə 3-cü oyunumuzdu. Bəzi futbolçularda yorğunluq var idi. “Neftçi”ni də nəzərə almalıyıq. Çox istəkli idilər, xal fərqini azaltmaq istəyirdilər. İki fərqli hissə oldu. Fasilədən sonra yorulduq və texniki səhvlər çoxaldı. Bu da başadüşüləndi. Yorğunluq olanda hissiyat zəifləyir. “Neftçi”nin sürətli, texnikalı futbolçuları var. İstənilən halda, lomandadan razı qaldım.

- Xaymenin zədəsi nə yerdədi?
- Demək olar ki, düzəlib. Komanda ilə cəmi iki məşq edib. Bu da tam aktiv olmayıb. Sabahdan tam məşqlərə başlayacaq. APOEL-lə oyuna kimi hazır olacaq. “18-liy”ə daxil edəcəyik.

- Mahir son dəqiqələrdə zədələndi. Vəziyyəti necədi?
- Mahirdə ola bilər ki, zədə ciddidi. Əzələ zədəsidi. Sabah tam bilinəcək.

- APOEL-də yenidən baş məşqçi dəyişikliyi ola bilər...
- Bu barədə qəti düşünmürük. Bizim üçün vacib olan öz performansımızdı. Futbolçuları tam hazır vəziyyətə gətirməliyik. Ağır perioddayıq. Dəyişiklik olsa da, olmasa da ciddi hazırlaşacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right