Yunis Hüseynov “Favorit”də: “İşlədiyim məşqçilər arasında ən pisi Vaqif Sadıqovdur”

Futbol mütəxəssisi Yunis Hüseynova "İdman" kanalında efirə gedən "Favorit" verilişinin qonağı olub.

Newsport.az-ın məlumatına görə, millinin və "Neftçi"nin formasını geyinmiş veteran futbolçu maraqlı fikirlər səsləndirib:

"Gördüyüm ən yaxşı məşqçi mərhum Ruslan Abdullayevdir. Onun haqda yalnız yaxşı sözlər demək mümkündür. Rəhbərliyi altında oynadığım ən pis məşqçi isə Vaqif Sadıqovdur. O, kor-koranə məşqlər keçirdi. Bunu mən çox sonralar özüm üçün dəqiqləşdirdim. Bilirsiz ki, bütün məşqçilik kateqoriyalarını Ukraynada oxumuşam. Özümüzə görə savadımız və təcrübəmiz var. Həmin kurslarda oxuyarkən çox şey öyrəndim. Analiz etdim ki, Vaqif Sadıqov vaxtilə bizə düzgün məşq keçmirdi. Sadıqov çox yerdə işləyib, amma heç yerdə nəticə qazana bilməyib".

 

 

 

 

 

 

 

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right