Jezniçak "Neftçi" - "Qarabağ" oyununu izləməyi məsləhət görür

"Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak azarkeşlərə "Nefçi" - "Qarabağ" oyununu izləməyi məsləhət görüb.

Newsport.az xəbər verir ki, polşalı futbolçu sosial şəbəkədə matçın afişasını və qarşılaşmanı izləmək üçün link paylaşaraq yazıb:

"Bu gün televiziyada izləyə biləcəyiniz elə də çox oyun olmadığından sizə Azərbaycan çempionatında liderlərin oyunununa baxmağı məsləhət görürəm".

İstifadəçilərdən birinin "favorit kimdir" sualını müdafiəçi belə cavablandırıb: "Qarabağ"a qarşı oynamaq heç vaxt asan deyil. Bu görüşdə bir neçə tanış sima - Dani Kintana, Simyon Slavçev və Donald Gerye meydana çıxa bilər".

Dani 2013/2015-ci illər mövsümündə Polşada "Yagelloniya", Gerye 2013-2016-cı illərdə "Visla", Slavçev isə 2016-2018-də "Lexiya"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right