“İşlədiyim məşqçilər arasında ən pisi Vaqif Sadıqovdu”

“Uzun illər futbol oynamışam, bir çox böyük məşqçilərlə işləmişəm".

Newsport.az xəbər verir ki, bu sözlər AFFA-nın Texniki Direktorunun müavini Yunis Hüseynova məxsusdu.

Vaxtilə millinin və "Neftçi"nin formasını geyinmiş veteran futbolçu "İdman" TV-də efirə gedən "Favorit" verlişinin qonağı olub. O, rəhbərliyi altında oynadığı məşqçilərlə bağlı maraqlı fikirlər səsləndirib:

"Gördüyüm ən yaxşı məşqçi rəhmətlik Ruslan Abdullayevdir. Onun haqda yalnız yaxşı sözlər demək mümkündür. Rəhbərliyi altında oynadığım ən pis məşqçi isə Vaqif Sadıqovdur.

O, kor-koranə məşqlər keçirdi. Bunu mən çox sonralar özüm üçün dəqiqləşdirdim. Bilirsiz ki, bütün məşqçilik kateqoriyalarını Ukraynada oxumuşam.

Özümüzə görə savadımız və təcrübəmiz var. Həmin kurslarda oxuyarkən çox şey öyrəndim. Analiz etdim ki, Vaqif Sadıqov vaxtilə bizə düzgün məşq keçmirdi. Sadıqov çox yerdə işləyib, amma heç yerdə nəticə qazana bilməyib".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right