“Sumqayıt”la 18-ci qarşılaşma

Bu həftə Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları keçiriləcək.

Newsport.az xəbər verir ki, “Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. 

Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüş rəqiblərin Azərbaycan çempionatları çərçivəsində 18-ci duel olacaq. Bu qarşılaşmalarda “qartallar” daha çox – 10 qələbə qazanıb. 3 matçda 1 xal əldə edən “Zirə” yalnız 4 dəfə uduzub. Son 4 qarşılaşmada meydanı qələbə ilə tərk edən bu komanda top fərqində də üstünlüyə malikdi. Rəqib qapısından 23 top keçirən “Zirə” 13 qol buraxıb. “Sumqayıt”la görüşlərdə “qartallar”ın ən məhsuldar oyunçuları Aleksandr Dedovla Vüsal İsgəndərlidi. Bu futbolçular hərəyə 3 dəfə fərqləniblər.

Öz meydanında 9-cu dəfə “Gənclik şəhəri” təmsilçisini qəbul edəcək “Zirə” əvvəlki görüşlərdə 6 qələbəyə sevinib. “Doğma divarlar” arasında bir heç-heçə və bir məğlubiyyəti olan “Zirə” qonaqların qapısından 14 top keçirib, 6-nı buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right