Əliyevin komandası 1/4 finala yüksəldi

Futbol üzrə Rusiya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Orenburq”la qarşılaşıb. Azərbaycanlı hücumçusu komandası bu görüşdən qələbə ilə ayrılıb və 1/4 finala yüksəlib – 2:1.

Kamran bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Ximki” növbəti mərhələdə Moskva “Torpedo”su ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right