İki klub Azərbaycan kubokunda iştirakdan imtina etdi

Azərbaycan kubokunda 2019/2020-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, yarışda 12 komanda - Premyer Liqanın 8 klubu ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan” mübarizə aparacaq.
 
Bu dəfəki yarışda birinci divizion təmsilçilərindən “Turan-Tovuz” və MOİK iştirakdan imtina edib.
 
Püşkatma mərasimi 13 noyabr tarixdə AFFA-nın inzibati binasında keçiriləcək və saat 15:00-da başlayacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right