Prosineçki Beqoviçə yenə dəvət yollamadı

AÇ-2020-nin seçmə mərhələsində İtaliya və Lixtenşteynlə oyunlar üçün Bosniya və Herseqovina millisinin heyəti açıqlanıb.

 

Newsport.az xəbər verir ki, komandanın baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın qolkiperi Asmir Beqoviçə dəvət yollamayıb. Xorvatiyalı mütəxəssis “Ərzurumspor”da çıxış edən "Qarabağ"ın sabiq üzvü İbrahim Şehiçi, “Maribor”dan Kenan Piriçi və “Hapoel”dən (Hayfa) Jasmin Buriçi yığmaya çağırıb.

 

Prosineçki daha öncə Beqoviçin "Qarabağ"da oynayacağı halda, milliyə dəvət alacağını demişdi. 32 yaşlı qolkiper Ağdam klubunda mütəmadi oynasa da, bu dəfə də yığmaya çağırılmadı.

 

"Bornmut"a məxsus olan Beqoviçin "Qarabağ"la müqaviləsi ilin sonuna qədərdir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right