Ayxan Abbasov İsayevi əsas komandaya qaytardı

Azərbaycan Premyer Liqasının 9-cu turunda “Neftçi” ilə qarşılaşan “Sumqayıt” bir günlük istirahətin ardından “Zirə” ilə qarşılaşmanın hazırlığına start verib.

 

Newsport.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında “Kapital Bank Arena”da məşqə çıxıb.

 

Yüngül qaçışla başlayan məşqdə daha sonra fiziki çalışmalara yer verilib. Toplu hərəkətlərin ardınca isə hazırlığa ikitərəfli oyunla yekun vurulub.

 

Beş aylıq fasilədən sonra kluba dönən Aleksey İsayev ilk dəfə əsas heyət üzvləriylə bərabər məşqə çıxıb. Ayxan Abbasov son 10 günü əvəzedici komandada keçirən yarımmüdafiəçini artıq əsas komandaya daxil edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right