Azərbaycanla oyunun formasını hərraca çıxardı

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Macarıstan millisinin kapitanı Adam Şalay nümunəvi addıma əl atıb. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 32 yaşlı hücumçu xeyriyyəçilik etmək qərarına gəlib.

Macarıstan idman ictimaiyyətinin bir çox üzvü kimi, Şalay da ağır xəstəliyə düçar olan 22 aylıq körpəyə yardım etmək istəyir. Bu səbəbdən futbolçu feysbuk səhifəsi vasitəsilə seçmə mərhələdə Azərbaycana qarşı keçirilən oyunda geyindiyi formanı hərraca çıxarıb. Həmin forma satışından əldə ediləcək gəlir Hoşzu Leventenekin müalicəsi üçün ödəniləcək. Beyin atrofiyası diaqnozu qoyulan körpənin müalicəsi ən geci noyabrın əvvəlindən başlamalıdı.

Qeyd edək ki, oktyabrın 13-də keçirilən Macarıstan - Azərbaycan matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right