"Qəbələ"yə gedəndə qoca idim" Rumıniya millisinin sabiq üzvü

"Moskva "Dinamo"sundan ayrıldıqdan sonra karyeramda eniş yaşandı. Həmin vaxt Rusiya Premyer Liqasından bir neçə təklif alsam da, axmaqlıq edərək, hamısından imtina etdim". Newsport.az saytının məlumatına görə, bunu "Qəbələ"nin sabiq futbolçusu George Floresku deyib.

Vaxtilə Moskva "Dinamo"sunun formasını geyinmiş, hazırda isə ölkəsində "Universitatya Kluj" klubunda çıxış edən Rumıniya millisinin sabiq üzvü Rusiya mətbuatına geniş müsahibə verib. 35 yaşlı yarımmüdafiəçi Rusiyadan ayrılmağına peşman olduğunu etiraf edib.

O, xüsusən də, "Qəbələ"dəki çıxışdan sonra yenidən yüksəlişə keçməyin mümkün olmadığını vurğulayıb: "Dinamo"nun futbolçusu olduğum üçün daha çox pul tələb edə biləcəyimi düşünürdüm. Bu, böyük səhv idi. Ortabab komandalardan 3-4 yaxşı seçim imkanı var idi. Ordan "Astra"ya, bir il sonra isə "Qəbələ"yə keçdim. "Qəbələ"dən sonra Rusiyaya qayıtmağa cəhd etmədim. Həmin vaxt bu, çox çətin idi. Artıq qoca sayılırdım. Azərbaycana gedəndə 30 yaşım var idi. "Qəbələ"dəki çıxışımdan sonra Rusiyadan zəng gəlmədi. Azərbaycandan sonra Kiprə getdim. Ora isə tam fərqli çempionat və fərqli səviyyə idi".

Qeyd edək ki, 2015-ci ilin yayında "Qəbələ"yə keçən George Floresku cəmi 6 ay sonra ölkəmizi tərk edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right