"Neftçi"nin sabiq futbolçusu "Fənərbaxça"nın hədəfində

Türkiyənin "Fənərbaxça" klubu "Rizəspor"un müdafiəçisi Dario Melnyakı transfer etmək istəyir.

 

Newsport.az "Milliyet"ə istinadən xəbər verir ki, baş məşqçi Ərsun Yanalın tələbi ilə İstanbul təmsilçisi xorvatiyalı futbolçunu qışda transfer etməyə çalışacaq.

 

"Rizəspor" müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçu ilə yeni sözləşmə imzalamaq fikrindədir. Rizəlilər həm də sərfəli təklifləri dəyərləndirməyə hazırdır.

 

"Neftçi" Melnyakı 2016-cı ilin yayında Belçikanın "Lokeren" klubundan bir illik icarəyə götürmüşdü. "Ağ-qaralar"da 10 oyun keçirən Xorvatiya millisinin üzvü ilə müqavilə altı ay sonra xitam verilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right