APOEL-də daha bir futbolçu əfv edildi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Kiprin APOEL klubunda daha bir futbolçu ilə bağlı qərar dəyişdirilib.

 

Newsport.az xəbər verir ki, baş məşqçi Tomas Doll Joaozinyonu bağışlamaq qərarına gəlib. Məşqçilər korpusu ilə mübahisə etdiyinə görə əsas komandadan uzaqlaşdırılan müdafiəçi ölkə çempionatının geridə qalan turunda "Nea Salamina" ilə matçda iştirak ərizəsinə salınmamışdı. Lakin almaniyalı portuqaliyalı müdafiəçini əfv edib. Joaozinyo həftəsonu AEK-lə keçiriləcək derbidə iştirak edə biləcək.

 

Yarımmüdafiəçi Musa el-Tamari də intizamsızlığına görə "Qarabağ"la III tur matçının (2:2) heyətindən çıxarılmış, lakin tezliklə bağışlanılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right