“Qəbələ”də seneqallı futbolçu

“Qəbələ” heyətinə yeni fubolçu cəlb edir.

 

Newsport.az xəbər verir ki, qəsəbə təmsilçisi sabiq futbolçusu İbrahima Niasseni geri qaytarır. Azad agent olan seneqallı müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanacaq. Transfer yaxın günlərdə açıqlanacaq.

 

Daha əvvəl 2013/14 mövsümündə “qırmızı-qaralar”ın formasını geyinmiş Niasse 35 matçda 1 qol vurmağı bacarıb. O, Azərbaycanda “İnter”in (indiki “Keşlə” – red.) də uğurları üçün çalışıb. “Qəbələ”yə məhz paytaxt klubundan keçən futbolçu orda 57 matçda 5 qola imza atıb. 2014-cü ildə Azərbaycanı tərk edən Niasse “Mordoviya” (Rusiya), “Konkordiya” (Rumıniya), “Delhi Dinamos” (Hindistan), “Levadiakos” (Yunanıstan) və “Raca Kasablanka” (Mərakeş) klublarında çıxış edib. 31 yaşlı oyunçu karyerasında həmçinin “Nansi”nin B komandasının, “Ksamaks” (İsveçrə) və “Apollon”un (Kipr) da formasını tərlədib (futbolpress.az).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right