Beyl Azərbaycanla oyun üçün Londona gedib

"Real"ın hücumçusu Qaret Beylin Londona səfərinin səbəbi müəyyənləşib. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu fiziki durumunu yaxşılaşdırmaq üçün bunu edib.

Belə ki, Beyl fizioterapevti Denni Mörfinin yanına gedərək, onun proqramı sayəsində fiziki gücünü bərpa etmək niyyətindədi. Onun, xüsusən də, AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla keçiriləcək oyunlar üçün bu addıma əl atdığı bildirilir. Beyl vacib qarşılaşmalarda komandasına kömək etməkdə qərarlıdı.

Lakin kapitanın hazırkı durumu Uels millisinin baş məşqçisi Rayan Giqqzi narahat edir. Kritik qarşılaşmalar öncəsi qol "silah"ının oyun praktikasından əziyyət çəkməsi 46 yaşlı mütəxəssisi düşündürən məqamdı.

Qeyd edək ki, noyabrın 16-da Azərbaycan millisinin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Macarıstanı qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right