Premyer Liqada mövsümün rekordu

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb. Newsport.az xəbər verir ki, IX turda 14 qol vurulub.

Bu da cari mövsüm üçün ən yüksək göstəricidi. Toplardan 6-sı “Sumqayıt” – “Neftçi” (2:4), 4-ü “Sabah” – “Zirə” (2:2), 3-ü “Keşlə” – “Qəbələ” (2:1), 1-i “Qarabağ” – “Səbail” oyununa təsadüf edib. Meydan sahibləri və qonaqların eyni sayda – 7 dəfə fərqləndiyi turda orta məhsuldarlıq 3,50-yə bərabər olub.

Bunadək mövsümün rekordu 13 qolun vurulduğu III turda qeydə alınmışdı. Maraqlıdı ki, həmin turda da eyni cütlər üz-üzə gəlib. “Qəbələ” - “Keşlə” və “Səbail” – “Qarabağ” görüşləri eyni – 0:4, “Neftçi” – “Sumqayıt” qarşılaşması 2:1, “Zirə” – “Sabah” oyunu 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, sonuncu dəfə ən azı 14 qolun vurulduğu tur ötən mövsümün sonunda yaşanıb. XXVIII turda indiki kimi 14 qol qeydə alınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right