"Səbail"in futbolçusu 100-ə çatdı

Azərbaycan Premyer Liqasının IX turu “Səbail”in futbolçusu Fəhmin Muradbəyli üçün yubileylə əlamətdar olub. Newsport.az xəbər verir ki, o, ölkə çempionatının yüksək dəstəsində 100-cü oyununu keçirib.

Bu, “Qarabağ”la səfər qarşılaşmasına təsadüf edib. Premyer Liqada 2014/15 mövsümündə “Neftçi”də debüt edən Fəhmin bu komandada 55, “Səbail”də 45 oyunun iştirakçısı olub.

Hesabında10 top olan 23 yaşlı yarımmüdafiəçi indiki klubunda 6, “ağ-qaralar”ın heyətində 4 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right